Qubada 4 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Qubada 4 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Meyiti tapılan 4 yaşlı Fuad Mustafayevi öldürməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Bu barədə Publika.az-a ailənin qohumlarından Mürsəl Qədimov məlumat verib.
Onun sözlərinə görə, saxlanılan Fuadın meyiti tapan adamdır: "O, ilkin ifadəsində bir, sonra isə başqa cür informasiya verdiyindən polis tərəfindən saxlanılıb. Alınan ifadələr arasında ancaq həmin şəxsin ifadəsində uyğunsuzluq olub. Hələ də, polis nəzarətindədir. Saxlanılan şəxs qonşu kənddəndir. Ailəsi onun heç bir günahının olmadığını deyir. Lakin biz onlara da bildirdik ki, həmin şəxs polisin şübhələri əsasında saxlanılıb, biz heç kimdən şikayətçi olmamışıq”.

***
Fuad Mustafayevin qohumlarından Mürsəl Qədimov Publika.az-a hadisənin təfərrüatı barədə danışıb.

O bildirib ki, ilkin rəyə görə, uşağı maşın vurması ehtimalı özünü doğrultmayıb:
"Düzdür, ev maşın yolu yaxınlığındadır. Amma uşağın yalnız alın nayihəsindən zədə alması, maşın vurması ehtimalını təsdiqləmir. Alın nayihəsində küt alətlə vurulma izi var. Ola bilər uşağı ya kimsə təsadüfən vurub, ya kiminsə qucağından yıxılıb. Çünki ailənin şübhələndiyi, münaqişəli olduğu heç kim yoxdur. Uşağa kim xəsarət yetiribsə, bu, təsadüf ola bilər. Amma Fuad evin yaxınlığında tapılsa da, orada ölməsi real görünmür. Çünki bütün kənd onu axtarışa çıxmışdı və dəfələrlə onun tapıldığı yerə baxılmışdı. Sonra bir anda kənd camaatı hamısı bir istiqamətə doğru axtarışa başladı, on dəqiqə sonra uşağın meyitinin tapılması xəbəri yayıldı. Yəqin uşaq başqa yerdə ölüb, sonradan ora gətirilib. Fuad evdən çıxanda ayağında ayaqqabı olub, amma tapıldığı yerdə ayaqqabı yox idi. O, tapılanda hələ boynu isti idi, çoxdan ölmüş olsaydı, bədəni soyuyardı”.
M.Qədimov bildirib ki, Fuad ailənin tək uşağı olub, bu yaxınlarda ailə ikinci övladının dünyaya gəlişini gözləyirmiş.

****
Quba rayonu Bərqov kəndində 4 yaşlı uşağın meyiti tapılıb. Fuad Mustafayevin meyiti evlərinin yaxınlığında tapılıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, azyaşlı axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb: "Uşağın ailəsi Bakıda yaşayır. Ancaq yay aylarında rayona gəlirlər. Uşaq axşam 19:30 radələrində evdən çıxıb, yarım saat sonra geri qayıtmadığını görən ailə onu axtarmağa başlayıb. Sonra bütün kənd uşağın axtarışına çıxıb. Qonşu kənddən bir nəfər təsadüfən evin yaxınlığında uşaq meyiti gördüyünü sakinlərdən birinə deyib. Sonra meyitin Fuad olduğunu öyrəniblər”.
Sakinlər deyir ki, uşağın üzərində zorakılıq əlaməti olmayıb, ancaq alnında əzilmə olub: "Evləri yoldan 10 metr məsafdədir. Ailə uşağı maşın vurduğunu ehtimal edir, meyit yoldan 20-30 metr kənarda tapılıb. İndi ekspertiza aparılır, səbəbi müəyyən ediləcək”.
 
Aktual.az
Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR