Quba sakininin 200-dən çox meyvə ağacı naməlum şəxslər tərəfindən kəsilib

Quba sakininin 200-dən çox meyvə ağacı naməlum şəxslər tərəfindən kəsilib

Qubada naməlum şəxs və ya şəxslər 200-dən çox meyvə ağacını kəsib.
 
 ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
 
Kənd sakini Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.
Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.


Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.








Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR