Qonur ayını ovlayan 6 nəfər saxlanıldı - SİYAHI

Qonur ayını ovlayan 6 nəfər saxlanıldı - SİYAHI

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslər saxlanılıblar.


Aktual.az  report-a istinadən xəbər verir ki, bunlar İsmayıllı və Ağsu rayonlarının sakinləri Rasim Səfərov, Rahim Kazımov, Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və Səfər Səfərovdur.

Onlardan ov tüfəngləri və ayının dərisi aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

 
Aktual.az
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR