Qlobal istiləşmə qasırğaları daha təhlükəli edib - ARAŞDIRMA

Qlobal istiləşmə qasırğaları daha təhlükəli edib  - ARAŞDIRMA

Qasırğalar qlobal istiləşmə ilə əlaqədar daha da dağıdıcı olmağa başlayıblar.

"Report” "Daily Mail”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin alimləri bildirib.
Mütəxəssislərin fikrri 1979-2017-ci illərdə qeydə alınan qasırğaların təhlilinə söykənir. Araşdırmaçılar statistikaya üz tutublar və hava temperaturunun yüksəlməsi ilə qasırğa sürətinin artması arasında korrelyasiyanı aşkarlayıblar. Araşdırmaya görə, qasırğa küləklərinin sürəti hər 10 ildə ortalama 8% artıb.
Həmçinin mütəxəssislər son 40 ildə 3-cü dərəcəli qasırğanın (bu kateqoriyada küləyin sürəti 185 km/s və daha çox ola bilər) yaranma ehtimalının 15% artdığını da vurğulayıblar. Araşdırmada qeyd edilib ki, kürəsəl istiləşmə davam etdikcə bu tendensiya qalacaq. 
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR