Qlobal Bakı Forumunun proqramı: Əliyev və Ərdoğan çıxış edəcək

Qlobal Bakı Forumunun proqramı:   Əliyev və Ərdoğan çıxış edəcək

25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə birgə “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Bakıda 7-ci Qlobal Forum keçirəcək. 

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, forumda 1500-dən artıq dövlət və qeyri-hökumət rəsmisi müasir multikultural cəmiyyətlərdə inklüziv həyat yolunda inkişafın və hədəflərin həll olunması ilə bağlı müxtəlif fikir və qərarları müzakirə edəcək. 

Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə ediləcək. Forum regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edəcək. 

Forumda, həmçinin ümumiləşmə və nifrətin aradan qaldırılması əks təsiri yolu ilə sosial inteqrasiyanın artımında KİV-in məsuliyyəti və imkanları müzakirə olunacaq. 

Forumda çıxış edəcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri, 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo

Forumun plenar və bölmə sessiyalarında Avstraliyanın keçmiş baş naziri Kevin Radd, İspaniyanın sabiq baş naziri Xose Luis Rodriges Sapatero, Fransanın keçmiş baş naziri Dominik de Villpen, Sloveniyanın sabiq prezidenti Danilo Türk, dini lider və İslam alimi şeyx Abdalla bin Baya və ötənlərin məşhur fransız futbolçusu Kristian Karambö iştirak edəcək.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakıda həm də Gənclər forumu keçiriləcək. Forumda dünyanın 110 ölkəsindən təxminən 150 gənc lider iştirak edəcək. 

Forum Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcək.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR