Qızılın qiyməti 5 aylıq maksimuma çatıb

Qızılın qiyməti 5 aylıq maksimuma çatıb

Dünya bazarında qızılın qiyməti 1 281,75 ABŞ dolları/unsiyaya yüksələrək son 5 ayın maksimal həddinə çatıb

"Report” xəbər verir ki, qızılın qiyməti sonuncu dəfə 1 280 dollar/unsiyadan baha 2016-cı ilin noyabrın 10-da satılıb.

Qızılın qiymətinin yüksəlməsi səbəbi dünyada baş verən geosiyasi problemlərlə bağlıdır. Belə ki, ABŞ-ın Şimali Koreyaya xəbərdarlıq etməsi olub. ABŞ-ın hərbi-dəniz qüvvələrinin Koreya yarımadasına göndərdiyi bildirilir. Bununla yanaşı, ABŞ-ın Suriyadakı siyasi rejimin dəyişdirilməsi üçün ciddi hərəkətə keçdiyi bildirilir. Xatırladaq ki, ötən həftə ABŞ Suriyanın hərbi aviabazasına 60-a yaxın raket zərbəsi endirib.

Risksiz maliyyə aktivi sayılan qızılın qiymətinin artmasına digər səbəb kimi aprelin 23-də Fransada keçiriləcək prezident seçkilərinin ilk turundan çıxa biləcək sürpriz nəticə göstərilir.

"Report”un analitik qrupu qızlın unsiyasının 1 300 dollara qədər bahalaşa biləcəyini, lakin ortamüddətli perspektivdə qızılın ucuzlaşmağa davam edəcəyini ehtimal edir.
 
Aktual.az
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR