Qızılcaya yoluxmanın daha çox yayıldığı ölkələr açıqlanıb

Qızılcaya yoluxmanın daha çox yayıldığı ölkələr açıqlanıb

YUNİSEF qızılcaya yoluxma tempinə həsr olunmuş hesabat dərc edib.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, qızılca xəstəliyinə yoluxma hallarında ən böyük artım 2017-ci ildən 2018-ci ilə qədər Ukrayna, Filippin və Braziliyada müşahidə olunub.
Belə ki, Ukraynada 2018-ci ildə qızılcaya yoluxma üzrə 35120 hal qeydə alınıb. Hökumətin məlumatına görə, 24042 nəfər isə təkcə 2019-cu ilin ilk iki ayında yoluxub.
Həmçinin qeyd olunur ki, 2018-ci ildə Filippində 15599, 2019-cu ildə isə 12736 yoluxma halı qeydə alınıb.
YUNİSEF dünyada qızılcaya yoluxma hallarının narahatlıq yaradacaq qədər yüksək səviyyəyə sürətlə artmaqda olduğunu bəyan edir. Məlumatda yoluxma hallarının 74%-dən çoxunun 10 ölkənin - Ukrayna, Filippin, Braziliya, Yəmən, Venesuela, Serbiya, Madaqaskar, Sudan, Tayland və Fransanın payına düşdüyü vurğulanır.
Qeyd edək ki, Azərbaycanda da qızılca xəstəliyi ilə mübarizə üzrə tədbirlər həyata keçirilir.
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR