Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın olub

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın olub

Bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

Aktual.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.

Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.
 
Aktual.az
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR