Qış Parkında parkinq qiymətləri kəskin bahalaşdı

Qış Parkında parkinq qiymətləri kəskin bahalaşdı

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.
Aktual.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Xəbər 176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR