Qış fəslinin başlayacağı tarix açıqlanıb

Qış fəslinin başlayacağı tarix açıqlanıb

Dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Rəsədxanadan bildirilib ki, həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.
Məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR