Qırğızıstan Qərbin mümkün sanksiyalarından qorxmur

Qırğızıstan Qərbin mümkün sanksiyalarından qorxmur

Qırğızıstan Rusiya ilə əməkdaşlığa görə Qərbin sanksiyalarına məruz qalmaq etimalından narahat deyil.
Aktual.az xəbər verir ki, bunu "Kabar” dövlət xəbər agentliyinə müsahibəsində Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov deyib.
"Biz heç bir sanksiyadan qorxmuruq. Onların iştirakı ilə də həyat davam edir. İkincisi, sanksiyaların tətbiqi üçün heç bir obyektiv əsas yoxdur. Üçüncüsü, "Mir” kartını dayandıran biz deyilik”, - o deyib.
Onun sözlərinə görə, Qırğızıstan Nazirlər Kabineti bu barədə hökumətin tərkibinə daxil olmayan, lakin kommersiya bankları tərəfindən idarə olunan Banklararası Prosessinq Mərkəzi tərəfindən Rusiyanın "Mir” kartlarına xidmət göstərilməsinin dayandırılmasından sonra öyrənib.
O, ehtimal edir ki, ölkənin kommersiya bankları mümkün sanksiyalardan qorxmuş ola bilər: "Mir” kartı bizə rusiyalılardan daha çox fayda verəcək. Bu xidmətin dayandırılması Rusiyaya heç bir şəkildə təsir etməyəcək. Ən çox ehtiyacımız olan bu sistemin bizim üçün işləməsi idi. İşimizi dayandırdığımızdan başqa yollar axtarmağa başladıq”.

Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR