Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş

Qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş

Bu gün Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəzanı törədən mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub.

Aktual.az  xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı lent.az-a bildirib ki, qəzaya uğrayan "Ford Tranzit" qanunsuz fəaliyyət göstərib və xidmət tərəfindən fərqlənmə nişanı və marşrut kartı ilə təmin edilməyibmiş.

Ş.Mehmanqızı "Bu məsələlərlə  yol polisi məşğul olur, yəni qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı onlar tədbir görməlidir", - deyə əlavə edib.
 
Aktual.az 
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR