Qəza yola 1500 manat ziyan vurdu

Qəza yola 1500 manat ziyan vurdu

Bu gün səhər saatlarında Bakı Dairəvi - 1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, 16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb.

İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR