Qətərə qarşı ortaq hərbi baza qurulacaq

Qətərə qarşı ortaq hərbi baza qurulacaq

Körfəz ölkələri Qətərin 13 maddəlik tələb siyahısının tətbiqini rədd etməsinin arxasınca yeni sanksiyalara başlayacağını bəyan edib.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri böhranın həll edilməsi üçün edilən təklifləri boşa çıxarmaqda günahlandırıb.
Körfəz ölkələrinin verdiyi ortaq açıqlamada bildirilir ki, Qətər problemin həlli üçün edilən bütün diplomatik səyləri boşa çıxarıb. Buna görə də sözügedən ölkələrin təhlükəsizlik və sabitliyini qorumaq üçün hüquqi, siyasi və iqtisadi tədbirlər görüləcək. Çünki rəsmi Qətər tələbləri yerinə yetirməməklə terror qruplaşmalarına dəstək verməsi iddialarını doğru çıxarıb.
13 maddəlik tələb siyahısının rədd edilməsinin arxasınca Misirin paytaxtı Qahirədə toplanan Körfəz ölkələrinin xarici işlər nazirləri bölgədə təhlükəsizliyi qorumaq məqsədilə ortaq hərbi bazalar qurmaq üçün qərar qəbul edib.
 
Aktual.az
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR