Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi - Fotolar

Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi   - Fotolar

Beynəlxalq Kitab Sərgisində millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib.

Türkiyənin Kahramanmaraş bölgəsində keçirilən və ən böyük kitab sərgilərindən biri olan 2-cu Uluslararası Kitab Fuarında millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedr” və “Aşk Başka” kitablarının təqdimatı və imzalanma mərasimi olub. Yüzlərlə insan, özəlliklə gənclərin qatıldığı tədbirdə Kahramanmaraşın və Türkiyənin bir sıra ziyalıları, rəsmiləri, yazarları, jurnalistləri imza mərasimində iştirak edib. Millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərə “Karabağ hikayeleri”ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva və İ. Avşar “Karabağ hikayeleri” kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.Q. Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib.
Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva və digər ədiblərin Qarabağ mövzusunda hekayələri yer alıb. Bu əsərlər 20-ci əsrdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Türkiyənin “Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb.
Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmnundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib. Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarna veriləcəyini də deyib.

Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR