Qənirə Paşayeva Türkiyədə Kəlbəcər həqiqətləri bağlı konfrans verib

Qənirə Paşayeva Türkiyədə Kəlbəcər həqiqətləri bağlı  konfrans verib


Millət vəkili Q.Paşayeva Kəlbəcərin işğalının 23-cü ildönümü ilə bağlı Zonguldağda konfrans verib və Türk dünyasına səslənib.


Millət vəkili Q.Paşayeva Zonguldağ vilayətində Ermənistanın işğal etdiyi bölgələrimizdə vəziyyət, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı konfras verib. Konfransın açılışında Zonguldağ Türk Ocaqları başqanı Erol Şeref, araşdırmaçı-yazar İmdat Avşar, Türkçe Konuşan Ülkeler ve Uluslararası Gazeteciler Derneği Genel Başkanı Güngor Yavuzaslan Azərbaycan həqiqətlərinin, Türk dünyası problemlərinin daha geniş öyrənilməsi və yayılmasında aydınların, QHT, KİV və gənclərin üzərinə düşən vəzifələrdən danışıblar. Zonguldağın rəsmi şəxsləri, universitet müəllimləri, QHT və KİV təmsilçilərinin geniş qatıldığı konfransda çıxışına qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizə zamanı çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib. Ermənistanın, erməni terror təşkilatlarının 24 il əvvəl Azərbaycanda törətdiyi terror hadisələri barədə danışan millət vəkili Q.Paşayeva Kəlbəcərin işğalının 23-cü ildönümü olduğunu xüsusi vurğulayaraq, Kəlbəcər və digər işğal altında olan torpaqlarımızla bağlı, Ermənistanın törətdiyi vandalizm aktları, soyqırımlar, 1 milyon azərbaycanlının hələ də öz yurd-yuvasına dönə bilməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Kəlbəcərdə və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri barədə də geniş çıxış edən millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imazalı hədiyyə edib. Tədbirin sonunda Zonguldağ bölgəsi rəsmiləri, Türk Ocakları rəhbərliyi millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər, onun fəaliyyətini yüksək qiymətləndirərərk plaket təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət edidblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva konfransdan sonra bölgənin fəal gənclər təşkilatları, Zonguldağ Universitetinin Öyrənci Topluluğu və bölgənin qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib. Millət vəkili həmçinin universtetdə çalışan Azərbaycanlı alimlər, aydınlarla da görüşüb və geniş söbət edib.

Xəbər 859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR