Qənirə Paşayeva Türk Mükavemet Teşkilatı (TMT) ilə görüşdə Qarabağdan danışıb

Qənirə Paşayeva Türk Mükavemet Teşkilatı (TMT) ilə görüşdə Qarabağdan danışıb

Millət vəkili Qənirə Paşayeva ŞKTC-in ilk təşkilatı olan Türk Mükavemet Teşkilatı(TMT) ilə görüşdə Qarabağdan danışıb.

Millət vəkili Q.Paşyeva Türk Mükavemet Teşkilatı(TMT) ilə görüşdə ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini, buradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı Soyqırımı barədə ətraflı məlumat verib və ona Azərbaycan həqiqətlərinə dair bir sıra kitablar, həmmüəllifi olduğu və yaxın günlərdə Türkiyədə nəşr olunmuş "Karabağ hikayeleri" adlı kitabnı hədiyyə edib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin ŞKTC ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Mükavemet Teşkilatı(TMT) öz səylərini daha da artıracağına inandığını da deyib. Türk Mükavemet Teşkilatı(TMT) rəhbərliyi və üzvləri, qazilər qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və Azərbaycan, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran Türk Mükavemet Teşkilatı(TMT) rəhbərliyi və üzvləri Azərbaycanı sevdiklərini və Azərbaycana səfərdə olan üzvlər isə qardaş Azərbaycanı görməkdən böyük məmnunluq duyduqlarını deyiblər. Görüşün sonunda Türk Mükavemet Teşkilatı(TMT) rəhbərliyi millət vəkili Qənirə Paşayevanın hər zaman ŞKTC Türklərinə,onların haqları ilə bağlı,onlarla əmkdaşlığın genişlnməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyərək ona Türk Mükavemet Teşkilatı(TMT) adından ödül və təşəkkür plaketi təqdim ediblər.

Xəbər 848 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR