Qənirə Paşayeva Tovuz təhsil işçilərinin konfransında çıxış edib

Qənirə Paşayeva Tovuz təhsil işçilərinin konfransında çıxış edib


Millət vəkili Q.Paşayeva Tovuz təhsil işçiləri konfransında vacib məsələlərlə bağlı müəllimlərə çağırışlar edib

Tovuz rayon təhsil işçilərinin konfransında iştirak edən millət vəkili Qənirə Paşayeva geniş çıxış edib və bir sıra ciddi məsələlərlə bağlı müəllimlərə çağırış edib. Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahir Həsənov, rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova, Təhsil nazirliyinin rəsmi nümayəndəsi Əhliyət Adıgözəlov, rayonun təhsil işçiləri, məktəb direktorları, fəal müəllimlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva bütün müəllimləri qarşıdan gələn Yeni Dərs ili münasibəti ilə təbrik edib və onlara şərəfli peşələrində uğurlar diləyib. Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 519 nəfərin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər. Bu il məzunların 26 nəfərinin ali hərbi məktəb və liseylərə və hərbi tibb məktəbinə qəbul olunmasını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bunu yüksək qiymətləndirib və hərbi kadrlar olmaq istəyən gənclərimiz fiziki hazırlıqla bərabər yüksək savadlı da olmalıdır deyib. Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin kəmiyyət və keyfiyyətindən artım olmasının önəmli olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və məktəblərimiz, müəllimlərimiz gənclərimiz arasında kitaba marağı artırmaq üçün daha ciddi səylər göstərməlidirlər. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili gənclərimizin dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilməsi üçün məktəblərimizi bu istiqamətlərə xüsusi önəm verməyə çağırıb. Lazımsız verilişlər, teleseriallar, şou proqramların gəncləri kitabdan uzaqlaşdırdığını deyən millət vəkili Qənirə Paşayeva gənclərin onlardan uzaq durması istiqamətində müəllimlərin onlarla apardığı maarifləndirmə, doğru istiqamətləndirmə işlərinə xüsusi ehtiyac olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gənclərin bu zərərli vərdişlərdən uzaq durması üçün məktəb və müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb. “Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular. Eyni zamanda hərbi hazırlıq dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət təsirini göstəriridi. Məktəblərimizin rəhbərliyini, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırıram. Nə qədər məktublar alıram ailələrdən. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik.”

Xəbər 849 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR