Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını başa vurdu

Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını başa vurdu

Axşam saatlarında qadınlarla görüşən millət vəkili Qənirə Paşayeva ölkəmizdə cənab Prezidentin və Birinci Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan qadın siyasəti barədə geniş danışaraq bildirib ki, qızlarımızın təhsili məsələsinə daha da çox diqqət göstərməliyik.

Savadlı cəmiyyət savadlı anadan keçir deyən millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasının sonunu yenə də qadınlarımızla görüşlə başa vurmaqdan çox məmunam və hər zaman verdiyiniz dəstək üçün təşəkkür edirəm deyib. O, bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da qadınların haqları, onların cəmiyyətdə rolunun genişləndirilməsi, erkən nigahlara, məişət zorakılığına qarşı mübarizəmiz davam edəcək. Millət vəkili qadınların qayğı və problemlərini də dinləyib və təbliğat-təşviqat kampaniyasını onların xeyir-duası ilə başa çatdırıb. Qadınlar millət vəkili Qənirə Paşayeva seçkilərdə səsimiz sizindir deyiblər.

Aktual.az

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR