Millət vəkili Q.Paşayeva Ruandanın Xarici işlər və Əməkdaşlıq,Gender və Ailə nazirləri ilə görüşdə Xocalı Soyqırımından danışıb.
Millət vəkili Q.Paşayeva Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumba ilə görüşüb. Azərbaycanın Ruanda ilə dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb və Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumbaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə aərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Ruandanın da Azərbaycanla dostluğun inkişafına önəm verdiyini deyən Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumba iki ölkə arasında münasibətlərin inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumbaya Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.