Qənirə Paşayeva QQS-də Azəbaycanda mədəniyyətlərarası dialoqdan danışdı

Qənirə Paşayeva QQS-də Azəbaycanda mədəniyyətlərarası dialoqdan danışdı


Millət vəkili Qənirə Paşayeva Qadınların Qlobal Sammitində Azəbaycanda mədəniyyətlərarası dialoqdan danışıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Qadınların Qlobal Sammitində Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoqdan danışıb. Millət vəkili bildirib ki, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində görə bilərəik. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”. Millət vəkili Q. Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir.”Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklərin var və biz onlardan dərs almalıyıq. Millət vəkili Q.Paşayeva Azərbaycan xalqının bu bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib: “ Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı birlikdə sərt mübarizə aparmalıyıq”. Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilib deyən millət vəkili həyata keçirilən işlərlə də bağlı geniş məlumatlar verib.

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR