Qənirə Paşayeva Qazaxıstanın Dövlət Katibi ilə görüşüb

Qənirə Paşayeva Qazaxıstanın Dövlət Katibi ilə görüşüb

Millət vəkili Q. Paşayeva Qazaxıstanın Dövlət Katibi ilə görüşdə qardaş ölkədə baş verən terror hadisələrini pisləyirik deyib.

Ümumdünya Qadın Sammiti çərçivəsində Qazaxıstanın Dövlət Katibi Gülşara Abdukalikovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl qardaş Qazaxıstanda baş verən terror hadisələrini qətiyyətlə pisləyirik, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyir və bir daha belə hadisələrin yaşanmamasını diləyirik deyib. Qazaxıstan bizim üçün qardaş ölkədir və biz hər zaman Qazaxıstanda sülh, əmin-amanlıq və təhlükəsizliyin olmasını istəyirik deyən millət vəkili Q.Paşayeva terrorla mübarizə bu gün bütün dünyada ən ciddi məsələlərdən biridir deyib. 1990-cı illərdə Azərbaycanda törədilən və Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələrinə toxunan millət vəkili Q.Paşayeva harada baş verməsindən asılı olmayaraq bütün dünya terrorla birgə ciddi mübarizə aparmalıdır deyib. Millət vəkili görüşdə deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artması sevindirici hadisədir. Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Qazaxıstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. Qazaxıstan Dövlət Katibi Gülşara Abdukalikovanın rəhbərlik etdiyi nümayəndə heyəti hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyiblər. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə bundan sonra da daha da artacağına inandıqlarını deyib və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacaqlarını deyiblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüşün sonunda Qazaxıstan Dövlət Katibi Gülşara Abdukalikovanın rəhbərlik etdiyi nümayəndə heyətinə Qarabağ həqiqətləri ilə bağlı materialları, filmləri təqdim edib. Millət vəkili Q. Paşayeva Qazaxıstanın Dövlət Katibi ilə görüşdə qardaş ölkədə baş verən terror hadisələrini pisləyirik deyib.

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR