Qənirə Paşayeva cəmiyyətə çağırış etdi – VİDEO

Qənirə Paşayeva cəmiyyətə çağırış etdi – VİDEO

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və "Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə nəşr olunmuş "Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimatında çıxış edən millət vəkili Q.Paşayeva Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Konstitusiya” Araşdırmalar Fonduna, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevə və kitabın bütün müəlliflərini təbrik edib, kitabın böyük əhəmiyyətindən danışıb və universtetlerimizdə geniş yayılması təklifi ilə çıxış edib.

Bu kitabı gənc qızlarımızın və oğlanlarımızın oxumasının vacibliyini vurğulayan millət vəkili Q.Paşayeva qadınlara qarşı bütün növ zorakılığa qarşı cəmiyyət olaraq birgə ciddi mübarizə aparmalıyıq deyib. Qənirə Paşayeva Azərbaycan milli qanunvericilik sistemində qadın hüquqlarının qorunması məsələsini qeyd edərək, bildirib ki, qadın hüquqlarının müdafiəsi hər bir ölkənin inkişafında vacib bir indikatordur. Bu istiqamətdə maarifləndirmə materiallarının, dərs vəsaitlərinin, topluların nəşr olunaraq ictimaiyyətə təqdim olunması çox önəmli addımlardandır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar və görülən işlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib: "Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət təşkilatları, mətbuat bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik. Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili qadın haqlarının müdafiəsi, qadıbnların cəımiyyətdə rolunun genişlənməsinin vacibliyi mövzusunda ziyalı kişilərimiz də qadınlarımızla birlikdə maarifləndirmədə fəal olmaldıır və onları buna çağırıram deyib. Bu kitabı yazanların yarısının kişi olması çox sevindirici amildir deyən millət vəkili Q.Paşayeva qadınların təhsilli, fəal olduğu cəmiyyət inkişaf edən cəmiyyətdir və hamımız bunun üçün daha çox çalışmalıyıq deyib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz. 

 

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR