Qənirə Paşayeva Polşada Sammitdə Qarabağ problemi ilə bağlı çağırış edib

Qənirə Paşayeva Polşada Sammitdə Qarabağ problemi ilə bağlı çağırış edib

Millət vəkili Q.Paşayeva Polşada Sammitdə Qarabağ problemi ilə bağlı çağırış edib.

Polşada Beynəlxalq Qadın Sammitində millət vəkili Q.Paşayeva dünyanın müxtəlf bölgələrindən gəlmiş yüzlərlə tanınmış qadınlara Qarabağla bağlı çağırış edərək işğalçı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb. Millət vəkili Q. Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb və bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumatlar verən millət vəkili Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu sammitdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Q.Paşayeva Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib və dünyanın müxtəlif bölgələrindən gəlmiş prezident, baş nazir, spiker, senator, millət vəkili,iş dünyasının tanınmış qadınlarını Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb:” Ermənistanın ölkəmin torpaqlarının 20 faizini işğalı zamanı 1 milyon insanımız qaçqın və məcburi köçkün düşüb və 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, kağız üzərində qalıb və icra olunmur. Öz evinə dönə bilməyən 100 minlərlə azərbaycanlı köçkün qadın sizdən dəstək gözləyir və onlar dünyanın hər yerində sizin kimi fəal qadınların onları evlərindən köçkünə salan səbəblərlə daha fəal mübarizəyə çağırırlar. Biz dünyanın hər yerində insanları köçkün salan səbəblərlə fəal müzarizə aparmasaq köçkünlərin sayı və problemlər daha da artacaq. Ona görə işğallara, insanların evinə dönə bilməsinə mane olan səbəblərə qarşı mübarizə kəskin və sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır və evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən məhz bunu gözləyir”. Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Qadın Sammiti iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Xəbər 1104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR