Qənirə Paşayeva Polşa Baş Nazirinin müavini və Varşava meri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Polşa Baş Nazirinin müavini və Varşava meri ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Polşa Baş Nazirinin müavini və Varşava meri ilə Qarabağdan danışıb.

Polşada keçirilən Dünya Qadın Sammitində iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Polşa Baş nazirinin müavini və İnkiaf naziri Mateusz Moraviecki ilə görüşüb. Görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Polşa ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Polşa arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanın Polşa ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları da baş nazir müavininə təqdim edib. Azərbaycana xoş münasibət bəslədiyini deyən Polşa Baş nazirinin müavini və İnkiaf naziri Mateusz Moraviecki ölkəsi ilə Azərbaycanın əlaqələrinin inkişaf etdiyi və onun daha da inkişafında maraqlı olduqlarını və bu əməkdaşlığın genişlənməsi üçün çalışdıqlarını deyib.
Millət vəkili Q.Paşayeva Polşada həmçinin Varşava meri Hanna Gronkievicz-Valtz ilə də görüşüb. Müzakirələr zamanı millət vəkili Q. Paşayeva Varşava merinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Varşava meri Hanna Gronkievicz-Valtza 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Varşava meri Hanna Gronkievicz-Valtza Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Varşavada təhsil alan azərbaycanlı tələbələr və bu şəhərdə yaşayan azərbaycanlıar, diasporumuz haqqında da danışan millət vəkili Q.Paşayeva Varşava merinə ümid edirik ki bundan sonra da onlara əlinizdən gələn dəstəyi göstərəcəksiniz deyib. Tarixdə Polşaya böyük xidmətləri olan azərbaycanlılar barədə də danışan millət vəkilinin səsləndirdiyi məlumatlar meri üçün çox maraqlı olub və Q.Paşayeva bu barədə xanım Hanna Gronkievicz-Valtza daha geniş materiallar göndərəcəyini deyib. Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Varşava meri Hanna Gronkievicz-Valtz iki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi barədə danışıb və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Varşava meri Hanna Gronkievicz-Valtza Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onu Azərbaycana dəvət edib.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR