Qənirə Paşayeva müəllimlərlə görüşdü

Qənirə Paşayeva müəllimlərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva müəllimlərlə görüşdə Azərbaycan dili, ədəbiyyatına xüsusi diqqət ayırmağa çağırıb.

Millət vəkili Q.Paşayeva Tovuzda Azərbaycan dili, ədəbiyyatı, xarici dili müəllimləri və məktəb kitabxanaçıları ilə görüşüb və geniş müzakirələr aparıb. Müəllimləri Yeni Dərs ili münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva rayondan ötən dərs ili bağlı geniş araşdırmalar aparıldığı deyib. Biz uğurları qeyd etməklə bərabər təhsilin səviyyəsinə təsir edən çatışmazlıqları da geniş təhlil etməliyik deyən millət vəkili Q.Paşayeva müəllimlərlə görüşdə uşaqların Azərbaycan dili, ədəbiyyatı öyrənməsinə xüsusi diqqət ayırmağa çağırıb.O, bildirib ki, uşaqlarımız hansı peşənin arxasında getməsindən asılı olmayaraq ana dilini, ədəbiyyatımızı bilməlidirlər. Hansı məktəbdə uşaqlar bu fənlərdən pis nəticə göstərirlərsə, onun özü ilə bərabər müəllimləri və bütünlükdə məktəb bundan utanmalı və ciddi addımlar atmalıdırlar deyib. Tovuzda gənclərimizin xarici dili ilə bağlı göstəriciləri bizi qane etmir, bir sıra kəndlərimizdə isə xüsusi narahat edir deyən millət vəkili Q.Paşayeva xarici dil müəllimlərinə üz tutaraq məktəblərimizdə xarici dili fənninin tədrisində ciddi keyfiyyət dəyişikliyinə ehtiyac var və ümid edirəm ki bu dərs ilində ciddi dəyişikliklər olacaq deyib. Şagirdlərimizin xarici dili öyrənmələrinin vacibliyi barədə danışaq millət vəkili Q. Paşayeva görürük ki hansı məktəbdə yaxşı xarici dili müəllimləri var orada vəziyyət yaxşıdır demək əsas məsələ məhz müəllimdir deyib və xarici dili ilə bağlı yaxşı göstəriciləri olmayan məktəbləri ciddi addımlar atmağa çağırıb. Məktəb kitabxanları əməkdaşları ilə söhbət zamanı şagirdlər arasında kitaba, oxumağa, mütailəyə meyilliyin artması istiqamətində kitabxana işçilərinin də öz səylərini daha da artırmasına çağırıb. O, kitabxanada müxtəlif maraqlı tədbir və görüşlər keçirərək gənclər arasında kitaba meyilliyin artması üçün geniş imkanların olduğunu bildirib. Bu istiqamətdə geniş söhbət edən və təkliflər səsləndirən millət vəkili Q. Paşayeva onların reallaşması üçün biz də hər zaman dəstək olmağa hazırıq deyib. Bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik, bir millətin inkişafı onun gənc nəsillərinin kitaba,oxumağa,öyrənməyə böyük marağlndan keçir deyən millət vəkili Qənirə Paşayeva məktəb kitabxanalarının fəaliyətində ciddi dəyişikliklərə ehtiyac olduğunu da bildirib. Millət vəkili Q.Paşayeva müəllmlərin suallarını da cavablandırıb və təkliflərini dinləyib. Bir sıra müəllimlər imla və inşa yazının təkrar məktəblərə qayıtmasının vacibliyindən danışıblar. Bəzi müəllimlər ana dil və ədəbiyyat dərsliklərində bəzi səhvlərin olduğunu deyiblər və millət vəkili yazılı halda təqdim etmələrini xahiş edib və bildirib ki, onların düzəldilməsi üçün həmin sənədi Təhsil Nazirliyinə təqdim edəcək. Bəzi müəllimlər qəbul imtahanlarında Azərbaycan dili ilə bağlı sualların formalaşması istiqamətində müəyyən təkliflərlə çıxış ediblər və millət vəkili Q. Paşayeva onları müvafiq qurumlara çatdıracağını deyib. Geniş müzakirələrlə keçən görüşdə Tovuz rayonundaAzərbaycan dili, ədəbiyyatı, xarici dili fənnlərini tədris edən müəllimlər bu dərs ilində səyləri daha da artıracaqlarını deyiblər. Bütün fədakar müəllimlərimizə təşəkkür edirəm deyən millət vəkili Q.Paşayeva onlara Yeni Dərs İlində daha böyük uğurlar diləyib.

Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR