Qənirə Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb

Qənirə Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb

Millət vəkili Q.Paşayeva MM-də ağır xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb və şəhid analarının çağırışını səsləndirib.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında bildirib: "Bir neçə gün bundan əvvəl bəzi millət vəkilləri həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq bildirdilər ki 8 nəfərlik qrupdan sadəcə bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir, ciddi əməliyyata ehtiyacı var və biz 7 qəhrəman şəhidin anası övladlarımızın qoxusunu ondan alırıq və xahiş edirik ki onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldırasınız və dəstək olasınız. Aqil Əhmədovla görüşmüşük doğurdan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Səhiyyə nazirliyi, Müdafiə nazirliyi ümid edirik ki şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək və onları bu məsələdə təcili dəstəyə çağırırıq".
 

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR