İran birjasının fəaliyyəti dayandırıldı

İran birjasının fəaliyyəti dayandırıldı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması xəbərinin təsdiqlənməsindən sonra ölkə birjasının fəaliyyəti dayandırılıb.
Aktual.az xəbər verir ki, bu barədə Qiymətli Kağızlar və Birjalar Təşkilatının İdarə Heyətinin üzvü Rza Eyvazlı məlumat verib.
"Birja bu gün bağlıdır. Yaxın bir neçə gün ərzində fəaliyyətinin bərpası ilə bağlı məlumat veriləcək", - o bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həyatını itirib.
Xəbər 93 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR