Qənirə Paşayeva İordaniya naziri ilə

Qənirə Paşayeva İordaniya naziri ilə

Millət vəkili Q.Paşayeva Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shveikehlə görüşdə köçkün qadınlardan danışıb.

İordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shveikeh ilə görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən Qənirə Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva Azərbaycan xalqının dost və qardaş İordaniya dövlətinin, senatının bu addımının Azərbaycana ən böyük dəstəyi kimi dəyərləndirdiyini deyib. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikehə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də parlamentin spikerinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikeh qeyd edib ki, münasibətlərimizin daha da inkişafı məmnunluq doğurur. İordaniyalı rəsmi bildirib ki, əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq. Görüşün sonunda millət vəkili Qənirə PaşayevaIordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikehə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR