Qənirə Paşayeva cəbhə bölgəsində - FOTO

Qənirə Paşayeva cəbhə bölgəsində  - FOTO

Əziz Cəbrayılın Cocuk Mərcanlı kəndindəyəm. Oqtay qardaşımın qonağıyıq.

Cocuk Mərcanlıda yaşayan tək ailə olan Oqtay Həziyevin. Bu kəndə sonuncu dəfə düz 30 il əvvəl gəlmişdim rəhmətlik atamla birlikdə. Balaca qız idim. Sonra Cəbrayıl işğal olundu və buraları bir daha görə bilmədim.
Oqtay Həziyev və ailəsi Vətənimizin ugud oğul və qızlarındandır. Cocuk Mərcanlı 1993-ci ildə Ermənistan tərəfindən işğal edilib və dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Amma Lələ Təpə Ermənistanın işğalı altında olduğundan sakinlərin kənddə qayıdıb yaşaması imkansız olub. Çünki Cocuk Mərcanlı atəş altında olub. Lələ Təpə ordumuzun, şəhidlərimizin qəhrəmanlığı nəticəsində işğaldan azad olunduğundan artıq Cocuk Mərcanlıda yaşamaq üçün ciddi təhlükə yoxdur. Cocuq Mərcanlıların gözləri aydın olsun.
Bir neçə gün öncə Azərbaycan ordusu tərəfindən azad edilən Lələtəpə yüksəkliyindən Cocuq Mərcanlının illərlə mütəmadi atəşə tutulması Həziyevlər ailəsini doğma kəndində yaşamaq istəyini, əzmini qıra bilməyib. Horadiz əməliyyatından sonra doğma kəndinə qayıdan və orada yaşayan Həziyevlər ailəsi bütün çətinliklərə, atəşkəsin Ermənstan tətəfindən mütəmadi pozulmasına baxmayaraq bir daha kəndi tərk etməyiblər. Güllə səsinə öyrəşdiklərini deyən ev sahibləri biz bura ilə nəfəs alırıq, burdan ayrı yaşaya bilmərik deyirlər. Elə günlər olub ki, paltarla yatırdıq. Amma indi çox rahat yatırıq. Son 2-3 gündə yatdığımız kimi son 20 ildə hələ yatmamışıq deyir ailə.Lələ Təpə yüksəkliyinin alınması ilə artıq həyati təhlükələrinin olmamasına çox sevinirlər.
Gözəl bir ailənin qonağıyıq. Son illər heç bir ailəyə qonaq olanda bu qədər mutlu və huzurlu olmamışdım. Uşaqlıq xatirələrim də mənimlə bərabər sevinirdi sanki... Hələ çayın qoxusu. Gözəl kənd evində, ailəsindəki huzur,mehribanlıq, səmimiyyət, böyük Vətən eşqi insanı heyran edirdi.
Ermənilərin atdığı mərmilərin qəlpələri evin hasarını dəlik-deşik etsə də öz şəxsi təsərrüfatını yaradan Oqtay bəy, həyətyanı sahəsində quşçuluq, heyvandarlıq,arıçılıq və əkinçiliklə məşğul olur. Bir sözlə qoçaq, zəhmətkeş bir ailədir Həziyevlər ailəsi. Ailənin qız övladı, gözəl balamız ali məktəbə daxil olmağa hazırlaşır. Müəllim olmaq istəyir. Hər gün uzun yol gedir Cocuk Mərcanlıdan dərslərini öyrənmək üçün amma oxumaqdan, ali məktəbə daxil olmaq istəyindən varkeçmir. Ailənin oğlu isə hərbir xidmətini başa vurub indi kənddə atasına kömək edir. Kənddə yaşayan tək ailə olsa da doğma kənddən ayrı yaşamağı ağlına belə gətirə bilmir Oqtay bəy və ailəsi. Bu istiqamətdə bütün əsgər və hərbiçilərin çox sevdiyi bir insandır Oqtay bəy. Hər zaman əsgərlərimizin yanındadır. Deyir onlarla fəxr edirəm. Lələ Təpə ordumuzun zəfəridir və hər bir şəhidimizin qarşısında baş əyib, diz çökürəm. Mən inanıram ki, digər torpaqlarımız da işğaldan azad olunacaq.
Bu gözəl ailə söhbətdən sonra kəndə baxırıq. Ətrafdakı dağılmış evlər, yarımçıq qalmış tikililər insanın qəlbini göynədir. Oqtay bəyin xanımı qarşıdan uzaqdan görünən qəbirstanlığı göstərib bax bizim qəbirstanlığımız ordadır. Əzizlərimiz orda uyuyur deyir. Cocuq Mərcanlıların sevinci böyükdür. Lələ təpə dəyərli ordumuz tərəfindən işğalda azad olunduqdan sonra, indi Cocuq Mərcanlı kəndi də daxil olmaqla bir çox ərazilərimiz təhlükədən azad olunub və Cocuq Mərcanlılar artıq kəndlərinə dönüb təklükəsiz, rahat yaşaya biləcəklər.

Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR