Qənirə Paşayeva Bolqarıstanın Xarici İşlər Naziri ilə görüşdü

Qənirə Paşayeva Bolqarıstanın Xarici İşlər Naziri ilə görüşdü

 Millət vəkili Qənirə Paşayeva AŞPA-da Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayan Bolqarıstanın Xarici İşlər Naziri Daniel Mitov ilə görüşüb.

Ona Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda vəziyyət, evinə dönə bilməyən köçkünlərimiz barədə məlumat verdik və Nazirlər Komitəsinə sədrliyi dövründə Bolqarıstandan bu istiqamətdə ədalətli mövqe gözlədiyimizi vurğuladıq. Bundan başqa Azərbaycan-Bolqarıstan münasibətlərindən də danışdıq və getdikcə daha da inkişaf edən ikitərəfli münasibətlərimizin genişlənməsi üçün böyük potensial xüsusi vurğulandı. Bir neçə gün əvvəl Bolqarıstanın Azərbaycandakı səfiri, dəyərli dostum, xanım Maya Xristova ilə görüşümüz, May ayında Bolqarıstana planlaşdırılan səfərimiz barədə də məlumat verdim və önəmli fikir mübadiləsi oldu.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR