Qənirə Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb

Qənirə Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb

Millət vəkili Q.Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb.

 Millət vəkili, Avrasiya Beynılxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva BMT Baş katibinin qadınların iqtisadi hüquqları üzrə əlaqələndiricisi və nümayəndəsi Marianne Olesen,  BMT-nin Şərqi və Cənubi Afrika qadınları üzrə regional direktoru Dr. İzeduva Dereks-Briggs və BMT-nin Qadınların iqtisadi hüquqları üzrə keçmiş nümayəndəsi   Meq Couns  ilə görüşüb. Millət vəkili onlara işğalçı Ermənistanın 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatar verib.
Millət vəkili bütün azərbaycanlıların BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib. Qənirə Paşayeva görüş zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT-dən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini onların diqqətinə çatdırıb. Millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı da geniş məlumatlar verib.

Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR