Qənirə Paşayeva AŞPA-nı Türkiyəyə daha çox dəstək verməyə çağırdı

Qənirə Paşayeva AŞPA-nı Türkiyəyə daha çox dəstək verməyə çağırdı

Q.Paşayeva AŞPA-nı terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırıb və Avropanı terrorla mübarizədə ikili standartlara son qoymağa çağırıb.

Hörmətli həmkarlar, Sıx-sıx Türkiyədə olan, burada təqdim edilən hesabatda adıkeçən bölgələri birbaşa görən bir insan olaraq bunu açıqca bildirmək istəyirəm: Avropa terrorla mübarizə məsələsində Türkiyəyə yetərli dəstək vermir. Hətta, bəzi Avropa ölkələrində, Türkiyə əleyhinə çalışan, Türkiyədə terör aktları həyata keçirən əliqanlı terror təşkilatına açıq və gizli dəstək verən qrupları və onların əməllərini böyük bir üzüntü ilə və ibrətlə izləyrik. Terror hər şeydən öncə insanlıq əleyhinə cinayətdir. O halda indi müzakirəmizdə olan hesabatda da, Türkiyədə fəaliyyət göstərən və son 40 ildə 30 mindən artıq insanın həyatdan getməsinə səbəb olmuş bir terror təşkilatına da açıq şəkildə terror təşkilatı deyilməsi gərəkdir. Bu mövzuda ikili standartlara yol verilməməsi lazımdır. Bu səbəbdən, AŞPA-ya üzv ölkələrin yarım əsrə yaxındır terrorla mübarizə aparan Türkiyəyə, bu haqlı mübarizəsində daha çox dəstək verməlidirlər. Çünki, Türkiyədə hesabatda da qeyd olunduğu kimi sadəcə son bir neçə ayda terrorla mübarizə çərçivəsində keçirilən əməliyyatlarda 458 təhlükəsizlik əməkdaşı həyatını itirmiş, 3321 nəfər yaralanmışdır. Dəyərli həmkarlar, Mən Türkiyənin müxtəlif bölgələrində bir çox şəhid ailələri ilə üz-üzə görüşmüşəm. Bu görüşmələr əsnasında isə terror qurbanı olmuş insanların yakınlarının, AŞPA da daxil, bir çox Avropa qurumlarına qarşı inamlarının itdiyinin şahidi olmuşam. Bu acı gerçək ilə hamımızın üzləşməsi lazımdır. O insanlar, terrörla mübarizə məsələsində Avropanın Türkiyəyə qarşı ikili standartlar tətbiq etdiyini düşünürlər. Bu gün AŞPA-nın buradan “Terrora qarşı hər zaman Türkiyənin yanındayıq” mesajını verməsi zəruridir. Hazırlanan hesabatda PKK terror təşkilatına silah buraxma çağırışı var. Biz AŞPA-nın çağırışınıalqışlayırıq. Amma silahı buraxması üçün terror təşkilatına təzyiq göstərilməlidir. Bu təşkilatlar silahları haradan alırlar? Türkiyənin terrorla mübarizədə keçirdiyi əməliyyatlarda terror təşkiilatından ələ keçirilən silahlar əslində bizə çox şey söyləyir. Bizlər buradan çağırışı, terror təşkilatına silah, maliyyə və siyasi dəstək verənlərə də etməli və onlara: “Artıq yetər! Terora dəstək verməyi buraxın” deyə səslənməliyik. Hörmətli həmkarlar, Terrora dəstək verən insanlara, qruplara hiç bir şəkildə haqq verilə bilməz. Terrora açıq və ya gizli dəstək verənlərin ədalət qarşısında hesab vermesi üçün birlikdə çalışmalıyıq. Bu məsələdə ikili standarta yer olmamalıdır. Əks təqdirdə dünyadakı terror hadisələri daha da artacaq, insanlığı və mədəniyyətimizi təhdid edər hala gələcəkdir. Hesabatda adı geçən bölgələrdən biri olan Diyarbakırda, 28 May 2016-da 558 milyon Türk lirəsinə başa gələn 116 layihənin birlikdə açılışının keçirilməsi, eynı zamanda, hesabatda adı keçən digər bölgələrə qoyulan sərmayələr, Türkiyə Cümhuriyyəti dövlətinin heç bir etnik ayrıseçkilik gözləmədən bütün vətəndaşlarına bərabər şəkildə sahib çıxdığının göstericisidir. Türkiyədə olan hər kəs bilir ki, türk milləti ilə kürd xalqı arasında heç bir problem yoxdur. Yüzillərlə bərabər yaşadılar. Hər kəs çox gözəl bilir ki, Türkiyə dövlətinin də kürd xalqı ilə heç bir problemi yoxdur. Bu problemi yaratmaq istəyən terror təşkilatları və bəzi xarici qüvvələr var. Bunu çox dəqiq görməliyik, görürük və Türkiyənin terrorla mübarizəsinə daha böyük dəstək göstərməliyik.

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR