Qənirə Paşayeva Antalyada Cumhuriyyətimiz ilə bağlı keçirilən tədbirdə iştirak edib – FOTOLAR

Qənirə Paşayeva Antalyada Cumhuriyyətimiz ilə bağlı keçirilən tədbirdə iştirak edib – FOTOLAR

Antalyada Cumhuriyyətimizin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı tədbir və gecə keçirilib.


Antalyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü ilə bağlı millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB,Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən tədbir vəgecə keçirilib. Tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, qurucuları ilə bağlı geniş məlumatlar verib Q.Paşayeva bildirib ki, həmin zamanlarda erməni daşnakları, rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirib və cumhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib. O ordunun içərisində Antalyadan da 10 şəhid dədəmiz var və bu gün Bakıda Türk şəhidliyində yatırlar deyən millət vəkili Q.Paşayeva onların xatirəsinə Antayada abidə qoyulmasının vəfa borcu olmaqla yanaşı bugünki və gələcək nəsillər üçün böyük önəmdaşıdığını xüsusi vurğulayıb.Çanaqqalada 3000 mindən çox Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə buradabu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: "Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq."Tədbirdə çıxış edən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü,,Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyərək geniş çıxış ediblər və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyiblər. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindənKəpəz bələdiyyə başqanı Hakan Tütüncü,,Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub.Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü,,Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı mükafat təqdim olunub. Tədbir Azərbaycanlı sənətçilər Leyla Camal, İlham Əsgəroğlu və şairə Çığatel tərəfindən ifa olunan milli duyğu və ruhlu əsərlər və şeirlərlə davam edib və "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsəri ilə sona çatan gecə sakinlər tərəfindən alqışlarla qaşılanıb.Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü,Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən sənətçilərə plaketlər təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədriArzu Bağırova yerli sakinlər, QHT və KİV rəhbərləri ilə görüşüb. Onlar qyni zamanda Antalyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların rəhbərləri, üzvləri və bu bölgədə təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüb, müzakirələr aparıblar.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=1IDwnyde418&feature=youtu.be

 

 

















Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR