Qənirə Paşayeva Ankaradakı festivalda Türk dünyasına səsləndi - Fotolar

Qənirə Paşayeva Ankaradakı festivalda Türk dünyasına səsləndi   - Fotolar

Millət vəkili Q.Paşayeva Ankarada “Uluslararası Başkent Şairler ve Aşıklar” festivalında Türk dünyasına səslənib.


Millət vəkili Q.Paşayeva Ankarada “Uluslararası Başkent Şairler ve Aşıklar” Şöleninde çıxış edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib. Uluslararası Kültür, Dil ve Edebiyyat Derneyinin Türkiyenin Kültür ve Turizm Nazirliyi və Ankara, Gölbaşı bələdiyyəsi ilə birlikdə təşkil etdiyi tədbirin açılışında çıxış edən Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva son günlərdə Azərbaycanda daha 3 qardaşım Vətən üçün şəhid oldu deyərək Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, Ankara, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Tədbir təşkilatçıları millət vəkili Q. Paşayevanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiklərini deyərək ona xüsusi plaket və ödül təqdim ediblər. Bu ödülü bizə Vətən, Millət sevgisini öyrədən aydınlar, əziz şəhidlərimiz adına alıram deyən millət vəkili Q. Paşayeva tədbir təşklatçılarının tədbirdə müəllifi olduğu şeirlərdən birini oxuması üzərinə şəhid dostlarım da daxil olmaqla bütün şəhidlərimizin ruhu hər zaman şad olsun deyərək “Şəhidim” şeirini oxuyub və sözünü onları hər zaman sevgi ilə anacağıq deyərək tamamlayıb.

Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR