Qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

İyulun 14-də II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Aktual.az-a  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
 
Aktual.az
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR