Qəbiristanlıqda silah tapıldı - Azərbaycanda

Qəbiristanlıqda silah tapıldı - Azərbaycanda

Hacıqabulda qəbiristanlıqdan silah tapılıb.

Aktual.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidməti Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd "PSM" markalı tapança aşkarlanaraq götürülüb.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR