Qazaxıstanda koronavirusa yoluxanların sayı iki dəfə artdı

Qazaxıstanda koronavirusa yoluxanların sayı iki dəfə artdı

Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanda koronavirus daşıyıcılarının sayı 6-ya çatıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Dias Ahmetşarif açıqlayıb.
Qeyd edək ki, ötən gün Qazaxıstanda koronavirusa yoluxanların sayının 3 olduğu açıqlanmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 698-ə çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. 
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR