Qaxda maşın ağaca çırpılıb, 1 nəfər ölüb, digəri yaralanıb

Qaxda maşın ağaca çırpılıb, 1 nəfər ölüb, digəri yaralanıb

Qax rayonunun Alatəmir kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, Qaxdan Qorağan kəndi istiqamətində hərəkət edən və 1992-ci il təvəllüdlü, Elçin Paşa oğlu Əliyevin sükanı arxasında olduğu "08-BF-989" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə maşında olan və bu gün ad gününü qeyd edən sərnişin, Qorağan kənd sakini, 1988-ci il təvəllüdlü, Ruslan Rəşid oğlu Qaffarov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR