Qaxda çətənə kolları becərən keçmiş məhkum saxlanılıb

Qaxda çətənə kolları becərən keçmiş məhkum saxlanılıb

 Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Aktual.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. 
Belə ki, kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirov Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan olan 145 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR