Qax rayonuna ilk qar yağıb - FOTOLAR

Qax rayonuna ilk qar yağıb - FOTOLAR

Qax rayonuna qış fəslinin ilk qarı yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayan yağış gecə saatlarında qara çevrilib.
Qar əsasən, rayonun dağlıq əraziləri olan İlisu və Sarıbaş kəndlərinə yağıb. Səhər saatlarından yollarda qar və buzdan təmizləmə işləri çərçivəsində dağ kəndlərinə gedən avtomobil yollarına duz-qum qarışığı tökülüb. Magistral və digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problem yaşanmaması üçün lazımı tədbirlər görülüb.
Hazırda İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 25-30 santimetrdir.





Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR