Qatı duman Tbilisi hava limanının fəaliyyətində problem yaradıb

Qatı duman Tbilisi hava limanının fəaliyyətində problem yaradıb
  • DÜNYA

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində dünən axşam saatlarından etibarən qatı duman səbəbindən problem yaranıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, aeroportda bir sıra reyslər ləğv olunub və ya gecikmə ilə yerinə yetirilib.
"Qatar hava yolları”nın Doha-Tbilisi reysini yerinə yetirən təyyarəsi Bakı beynəlxalq hava limanına istiqamətləndirilib. Daha sonra təyyarə gecikmə ilə Tbilisidə enib.
Dubay-Tbilisi reysi də gecikmə ilə yerinə yetirilib, İstanbul və Aktau istiqamətinə reyslər isə ləğv olunub.
"Ukrayna hava yolları”nın Tbilisiyə reys yerinə yetirən təyyarəsi Kutaisi hava limanına enib. Təyyarə bu gün səhər saatlarında Tbilisidə eniş edib. 

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR