Avstriyadakı qaçqın düşərgəsində 12 yaşlı oğlan intihar edib.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, 12 yaşlı oğlanın intiharı ilə bağlı avstriyalı rəsmilər araşdırma aparırlar.
Deyilənə görə, 12 yaşlı məktəbli mağazadan 6 avro pul oğurladığı zaman tutulduğuna görə canına qəsd edib.
Independent-in verdiyi məlumata görə oğlan 6 qardaşı ac qalmasın deyə oğurluq edib. Onun qardaşlarından biri Daun sindromuludur. Onlar ötən ildən bəri qaçqın düşərgəsində yaşayırlar.
Avstriya mətbuatı Osterreich isə yazır ki, oğlan alman dilini bilirdi və şəhərin mərkəzi hissəsində yaşayırdı. O, oğurluq səbəbindən ailəsi deportasiya edilməsin deyə intihar edib.
Aktual.az
Xəbər 341 dəfə oxunub.