Qaradağda mağaza yandı

Qaradağda mağaza yandı

Gecə saatlarında Bakının Qaradağ rayonunda yanğın faktı qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb. Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR