"Qarabağ"ın transfer etmək istədiyi futbolçunun QİYMƏTİ


"Qarabağ" klubunun Fransa "Lans"ındən heyətinə cəlb etmək istədiyi Abdulla Zubirin transfer qiyməti müəyyənləşib.

"Report"un "La Voix des Sports"a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 1 milyon avro ödəyəcək. Artıq Mərakeş əsilli oyunçu Azərbaycan təmsilçisinin Avstriyadakı təlim-məşq düşərgəsindədir. 
Qeyd edək ki, Abdulla Zubir "Lans"dan öncə Fransanın "Qrenobl" və "İstr" klublarında da çıxış edib. O, həmçinin Şotlandiyanın "Hibernian" və Rumıniyanın "Petrolul" komandalarının şərəfini qoruyub.
 
Aktual.az
Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR