"Qarabağ" klubunun Çempionlar Liqasındakı ilk iki rəqibi müəyyənləşib - YENİLƏNİB


İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 


"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək. 
"Qarabağ" mərhələ adlasa, "Kukesi" (Albaniya) - "Valletta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Oyunlar 24-25 iyunda və 31 iyul - 1 avqustda keçiriləcək.  
I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər:
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova)
"Şkendiya" (Makedoniya) - TNS (Uels)
"Suduva" (Litva) - APOEL (Kipr)
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Qarabağ" (Azərbaycan)
"Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan)
İlkin mərhələnin qalibi - "Malmö" (İsveç) HİK (Helsinki, Finlandiya) - "Vikinqur" (Farer adaları) "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya) "Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa) "Valur" (Reykyavik, İslandiya) - "Rusenborq" (Norveç)"Kukesi" (Albaniya) - "Valletta" (Malta) "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail) "Spartak" (Yurmala, Latviya) - "Srvena Zvezda" (Serbiya) "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya) "Spartak (Trnava, Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) "Astana" (Qazaxıstan) və "Sutyeska" (Monteneqro)





 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR