“Qarabağ” yeni mövsümdən meydana ulduzlu forma ilə çıxacaq

“Qarabağ” yeni mövsümdən meydana ulduzlu forma ilə çıxacaq

"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq

Aktual.az  xəbər verir ki, bu barədə report-a klubun baş direktoru Emrah Çelikel məlumat verib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.
 
Aktual.az 
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR