“Qarabağ” UEFA-nın reytinqində irəlilədi

“Qarabağ” UEFA-nın reytinqində irəlilədi
  • İDMAN

Çempionlar Liqasında ötən gün baş verən görüşlərdən sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Aktual.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda keçirilən 16 oyundan sonra reytinqə dəyişikliklər edilib.
"Atletiko Madrid” klubu ilə heç-heçəyə nail olan "Qarabağ” xalını 19,500-ə çatdırmaqla reytinqdə 4 pillə irəliləyib.
Reytinqdə 66-cı pillədə qərarlaşan Ağdam təmsilçisi "Feyenoord”la eyni pilləni bölüşür.
Siyahının lideri "Real Madrid” klubudur.


Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR