Qarabağ münaqişəsinin əsas səbəbi məlumdur - XİN

Qarabağ münaqişəsinin əsas səbəbi məlumdur   - XİN

Bütün beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbi məlumdur.

Aktual.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan mətbuatında xarici işlər naziri Edvard Nalbandyanın Fransaya səfəri zamanı guya təmas xəttində atəşkəs rejiminin pozulması hallarını qeydə alacaq avadanlıqların tədarük edlməsi barədə razılıq əldə olunması barədə yayılan məlumata münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib: "Biz Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumatları şərh etmirik. Edvard Nalbandyanın Fransada nələri müzakirə etməsi də bizə məlum deyil. Bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, Ermənistan tərəfindən güc tətbiq edilərək Azərbaycan Respublikasının ərazisi işğal edilib və münaqişənin əsas səbəbi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə mövcudluğudur. İnsidentlərin araşdırılması mexanzminə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər".

XİN rəsmisi əlavə edib ki, status-kvonun isə qəbuledilməz və qeyri-davamlı olduğunu ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə bəyan ediblər.

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR