“Qarabağ” klubu yeni transferini rəsmən açıqlayıb

“Qarabağ” klubu yeni transferini rəsmən açıqlayıb
  • İDMAN

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ” klubu yeni futbolçu transferini açıqlayıb. 

Aktual.az  xəbər verir ki, Report-un məlumatına görə, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1,5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ”a "İnter”dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi”, "Xəzər Lənkəran”, "Sumqayıt” komandalarında çıxış edib.
 
Aktual.az
Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR